3 fevral 2026 20:58 (GMT/UTC +04:00)
BOKT "AZKREDİT”-in səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
514
15:58
26 fevral 2025
514

11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. 

BOKT “AZKREDİT” ASC-nin səhmlərinin abunə yazılışı 20.02.2025-ci il tarixində başlayıb, 24.02.2025-ci il tarixində bitmişdir.

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.17 bəndinin tələblərinə cavab verdiyinə görə, Standart Bazar Listinq seqmentinə alınır.                 

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "AZKREDİT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001023360

Səhmin növü və forması

Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

3,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

300,000 manat

Hərrac qiyməti

100 manat

Reallaşdırılmış həcm

300,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

300,000 manat

İnvestor sayı

1

Sifariş sayı

1

Ticarətə buraxılma tarixi

26.02.2025

Anderrayter

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC