21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 29.04.2025-ci ildə başlayaraq, mayın 7-də yekunlaşmışdır.
Bank "BTB" ASC-in istiqrazlarının abunə yazılışı üsuli ilə yerləşdirilməsi 07.05.2025-ci il tarixində baş tutmuşdur.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | Bank "BTB" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005009447 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
İstiqrazların sayı | 3,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
İstiqrazların buraxılış həcmi | 3,000,0000 manat |
İllik gəlirlilik faizi | 14% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
Tədavül müddəti | 7 il |
Hərrac qiyməti* | 1,000 manat |
Reallaşdırılmış həcm | 3,000,0000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 3,000,0000 manat |
İnvestor sayı | 1 |
Sifariş sayı | 1 |
Anderrayter | “Assist Finance İ.Ş.” ASC |