3 fevral 2026 15:40 (GMT/UTC +04:00)
Bakı Fond Birjasında ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi tamamlandı!
1205
12:59
24 sentyabr 2024
1205

11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilmişdir.

17-24 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında ABB səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı
 
"Azərbaycan Beynəlxalq Bankı” ASC
 
Dövlət qeydiyyat nömrəsi – İSİN
 
AZ1004004581
 
Səhmlərin növü və forması
 
Səhm adi, sənədsiz, adlı
 
Ticarət üsulu/forması
 
Kütləvi/Abunə yazılışı
 
Səhmlərin sayı
 
322,000,000 ədəd
 
İlkin ticarət qiyməti
 
0.27 manat
 
Buraxılış həcmi
 
86,940,000 manat
 
Minimal qiymət
 
0.27 manat
 
Ortaçəkili qiyməti
 
0.2744 manat
 
Yerləşdirilən q/k sayı
 
206,013,235 ədəd
 
Reallaşdırılmış həcm
 
56,535,109.17 manat
 
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)
 
55,623,573.45 manat
 
İnvestor sayı
 
33,710
 
Sifariş və əqdlərin sayı
 
49,262
 
Anderrayter
 
“ABB-İnvest İ.Ş” QSC
 

 

ABB səhmlərinə 3 aylıq abunə yazılışı prosesi ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 104 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü il tarixində “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz Azərbaycan Beynəlxalq Bankıdır.

Regionun iqtisadi inkişafının təmin edilməsində və maraqlı tərəflərin kapital axınına çıxışının asanlaşdırılmasında strateji rol oynayan Bakı Fond Birjası bölgədəki iqtisadi sabitliyin və artımın əsasını təşkil edən bu səylərlə investorlar üçün etibarlılığı, emitentlər üçün əlçatanlığı təmin etməklə maliyyə bazarlarının inkişafını dəstəkləyir.