3 fevral 2026 16:52 (GMT/UTC +04:00)
Bakı Fond Birjası ADA-da keçirilən “Karyera Həftəsi”ndə iştirak edib
312
16:06
5 may 2025
312

2 may 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) ADA universitetində təşkil olunmuş “Karyera Həftəsi”ndə iştirak edib.

Tədbir zamanı Bakı Fond Birjasının həmkarları ADA universitetinin tələbələrini BFB-nin ümumi fəaliyyəti haqqında, eləcədə karyera imkanları və təcrübə proqramları haqqında ətraflı məlumatlandırıblar. Ümumilikdə, 79 tələbə Bakı Fond Birjasının təcrübə proqramında iştirakı ilə bağlı müraciət edib. 

Universitetin Karyera Xidmətlərinin təşəbbüsü ilə keçirilən “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.