6 iyun 2026 16:32 (GMT/UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
289
16:39
22 iyul 2025
289

23 və 24 iyul 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

AZ2480024705

23.07.2025

30.000.000

100.000

300

20.08.2025

84

AZ2481024704

24.07.2025

10.000.000

100.000

100

16.10.2025

168

AZ2482024703

23.07.2025

5.000.000

100.000

50

07.01.2026

252

AZ2483024702

24.07.2025

5.000.000

100.000

50

02.04.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.