6 iyun 2026 20:48 (GMT/UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
259
16:26
10 iyun 2025
259

11 və 12 iyun 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

AZ2458024703

11.06.2025

50.000.000

100.000

500

09.07.2025

84

AZ2459024702

12.06.2025

50.000.000

100.000

500

04.09.2025

168

AZ2460024709

11.06.2025

50.000.000

100.000

500

26.11.2025

252

AZ2461024708

12.06.2025

50.000.000

100.000

500

19.02.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.