1 iyul 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 40,000,000 (qırx milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu |
İstiqrazın növü və forması | Faizli, ipoteka istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2101008681 |
İstiqrazın sayı | 40,000 (ədəd) |
Nominal qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 40,000,000 manat |
Hərrac qiyməti | 1,003.9167 manat |
İllik gəlirlilik faizi | 3.00% |
Reallaşdırılmış həcmi | 40,000,000 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 40,000,000 manat |
İnvestor sayı | 1 |
Sifarişlərin sayı | 1 |
Ödəmə Periodu | 180 gündən bir (6 aydan bir) |
İstiqrazların tədavül müddəti (Effektiv qalıq günü) | 7920 gün |
Anderrayter | “Unicapital İ.Ş.” ASC |