23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002004581 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması | Kütləvi / Rəqabətli |
İstiqrazların sayı | 1,000,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 100,000,000 manat |
İllik gəlirlilik faizi | 11% |
Ödəmə periodu | ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir |
Tədavül müddəti | 2 il |
Ticarətə buraxılma tarixi | 24.12.2024 |
Anderrayter | “ABB-İnvest İ.Ş.” QSC |