23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ALPA" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
"ALPA" ASC-nin abunə yazılışı 15 avqust 2025-ci il tarixindən başlayaraq 19 avqust 2025-ci il tarixinədək (3 iş günü) davam edəcəkdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi 20 avqust 2025-ci il tarixində həyata keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "ALPA" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001026678 |
Səhmlərin növü və forması | Səhmlər sənədsiz adlı, adi |
Ticarət üsulu/forması | Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı | 80 ədəd |
İlkin ticarət qiyməti | 2,500 manat |
Buraxılış həcmi | 200,000 manat |
Ticarətə buraxılma tarixi | 20.08.2025 |
Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |