• Səhm, korporativ və dövlət istiqrazları (Maliyyə Nazirliyinin istiqrazları), Mərkəzi Bankın notları, ipoteka istiqrazları, dövlətə məxsus şirkətlərin istiqrazları, digər korporativ istiqrazlar və repo qısamüddətli borclanma aləti ilə həyata keçirilir.
• BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsi ilə mümkündür. İnvestisiya şirkətlərinin məlumatlarını aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://www.bfb.az/investisiya-sirketleri
• Hazırda BFB-də istiqrazların məsafədən ticarətinin istifadəyə verilməsi üzrə müvafiq işlər aparılır.
• Səhm investorlara mülkiyyət hüququ verir və gəlirlikdən dividend əldə etmək imkanı yaradır. Əlavə olaraq isə şirkətin səhmlərinin qiyməti də arta bilər və bu investor üçün əlavə gəlir mənbəyidir.
• İstiqrazlar borc maliyyə kağızlarıdır və şirkətin heç bir mülkiyyət hüququnu daşımır. Borc kağızı olaraq investora sabit gəlir əldə etmək imkanı verir.
• Repo səhm və istiqrazlar üzrə qısamüddətli borclanma alətidir.
• Bakı Fond Birjasında ticarət saat 10:00 – 16:30 aralığında həyata keçirilir.
• Bazar haqqında son məlumatları BFB-nin veb-saytından, ticarət platformalarından və ya lisenziyalı brokerlər vasitəsilə əldə edə bilərsiniz.
• Səhm bazarında qiymət dəyişikliyi, istiqraz bazarında ümumi bazar faizi dəyişikliyi (iqtisadi qeyri-stabil vəziyyət olduqda), repo əməliyyatlarında isə əməliyyat aparılan qiymətli kağızın (səhm və ya istiqraz) riski mövcuddur.
• Lisenziyalı üzv şirkətlər vasitəsilə ticarət hesabı açaraq və onların platformasında əməliyyatlar apararaq investisiya edə bilərsiniz.
• Səhmlərin qiymətləri bazardakı təklif və tələbin dinamikasına əsasən müəyyən edilir. Şirkətin fəaliyyəti, iqtisadi vəziyyəti və investorların rəyi bu qiymətlərə təsir göstərir.
• Səhmlərə investisiya uzunmüddətli kapital artımı, dividend gəlirləri, portfelin diversifikasiyası və inflyasiyadan qoruma kimi üstünlüklər təqdim edir.
• Minimum məbləğ tələbi yoxdur, lakin minimum lot ölçüsü 1-dir. Bu məbləğ səhmlərin qiymətindən və üzv şirkətlərin xidmət siyasətindən asılıdır.
• BFB dövlət istiqrazları, korporativ istiqrazlar və digər sabit gəlirli qiymətli kağızların ticarətini asanlaşdırır.
• İstiqrazlar stabil gəlir mənbəyi və portfelin diversifikasiyası təmin edir və səhmlərlə müqayisədə daha az risk daşıyır.
• Gəlirlilik faiz dərəcəsi (kupon), nominal dəyər, müddətin bitməsinə qalan vaxt və istiqrazın bazar qiymətinə əsasən hesablanır.
• Minimum məbləğ istiqrazın emitentindən və növündən asılı olaraq dəyişir.
• Repo (geri alma) əməliyyatı qısamüddətli maliyyə mexanizmidir və burada qiymətli kağızlar əvvəlcədən müəyyən edilmiş qiymətə və tarixə geri alınmaq şərti ilə satılır.
• İnstitusional investorlar, fiziki şəxslər, banklar və digər maliyyə qurumları üzv şirkətlər vasitəsilə repo bazarında iştirak edə bilərlər.
• Repo əməliyyatları likvidlik və qısamüddətli maliyyələşmə üçün çeviklik təmin edir.
• Repo əməliyyatında satıcı qiymətli kağızları geri almağa razılaşır; əks repo əməliyyatında isə alıcı həmin qiymətli kağızları geri satmağa razılaşır.