6 iyun 2026 16:55 (GMT/UTC +04:00)
"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
380
12:50
4 iyun 2025
380

4 iyun  2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "SİLK VEY VEST AVİAŞİRKƏT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"SİLK VEY VEST AVİAŞİRKƏT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2005023513

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli Hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

1,000 ABŞ dolları

İstiqrazların buraxılış həcmi

10,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

5.5%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti

3 il

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC