19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2004023407 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "Regional" BOKT MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2004023407 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli hərrac |
İstiqrazların sayı | 10,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
Kupon faizi | 16% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
Tədavül müddəti | 2 il |
Hərrac qiyməti* | 100 manat |
Reallaşdırılmış həcm | 1,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
İnvestor sayı | 54 |
Sifariş sayı | 54 |
Anderrayter | “Xalq Kapital İnvestisiya Şirkəti” QSC |