12 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002021494 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "KREDİT EVİ" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002021494 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı | 1,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 17% |
Ödəmə periodu | Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) günündən bir |
Tədavül müddəti | 5 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
Reallaşdırılmış həcm | 1,000,000 manat |
Minimal qiymət | 1000 manat (17.0000%) |
Maksimal qiymət | 1000 manat (17.0000%) |
Ehtimal olunan kəsmə qiymət* | 1000 manat (17.0000%) |
Ortaçəkili qiymət | 1000 manat (17.0000%) |
İnvestor sayı | 50 |
Sifariş sayı | 50 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |