3 fevral 2026 20:57 (GMT/UTC +04:00)
"Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
794
12:20
29 dekabr 2024
794

29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı 8 yanvar 2025-ci il tarixindən başlayaraq 22 yanvar 2025-ci il tarixinə kimi 15 təqvim günü ərzində tamamlanacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 yanvar 2025-ci il tarixində baş tutacaqdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2015005153

İstiqrazın növü və forması

Faizli, təmin edilməmiş sənədsiz, adlı

Ticarət üsulu / forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

250,000 ədəd

İlkin ticarət qiyməti

100 USD

İstiqrazların buraxılış həcmi

25,000,000 USD

İllik gəlirlilik faizi

7%

Ödəmə periodu

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

24.01.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC