23 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2001023236 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "International Leasing" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001023236 |
İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli Hərrac |
İstiqrazların sayı | 1,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 18% |
Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti | 2 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
Reallaşdırılmış həcm | 1,000,000 manat |
Hərrac qiyməti | 1000 manat |
İnvestor sayı | 50 |
Sifariş sayı | 50 |
Anderrayter | “Capital Partners İ.Ş.” QSC |