3 fevral 2026 20:55 (GMT/UTC +04:00)
"FERRUM KAPİTAL" QSC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
428
11:48
26 dekabr 2024
428

26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM KAPİTAL" QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 31 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FERRUM KAPİTAL" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2018022288

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli

İstiqrazların sayı

1000 (ədəd)

İlkin ticarət qiyməti

1000 AZN

İstiqrazların buraxılış həcmi

1,000,000 AZN

İllik gəlirlilik faizi

12.5%

Ödəmə periodu

ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

31.01.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş.” ASC