3 fevral 2026 18:09 (GMT/UTC +04:00)
BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
351
12:23
22 yanvar 2025
351

20 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 23 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2024021027/ AZ2023021028

AZ2022021029/ AZ2021021020

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Rəqabətli

İstiqrazın sayı

1,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazın buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

23.01.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş” QSC