3 fevral 2026 22:24 (GMT/UTC +04:00)
BOKT "İnternational" ASC-nin istiqrazları üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir
314
17:06
28 yanvar 2025
314

28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2028021023 / AZ2027021024

AZ2026021025 / AZ2025021026

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi / Rəqabətli

İstiqrazların sayı

1,000 (ədəd) (hər bir İSİN kod üçün 250 ədəd olmaqla)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

1,000,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla)

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC