25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı | BOKT "İnternational" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2029021022, AZ2030021029 |
İstiqrazların növü və forması | İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi / Rəqabətli |
İstiqrazların sayı | 500 (ədəd) (hər bir İSİN kod üçün 250 ədəd olmaqla) |
İlkin ticarət qiyməti | 1,000 manat |
İstiqrazların buraxılış həcmi | 500,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla) |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
Tədavül müddəti | 2 il |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |