3 fevral 2026 18:25 (GMT/UTC +04:00)
BOKT "İdeal Kredit" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
231
14:32
21 noyabr 2025
231

10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İdeal Kredit" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001019978 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 21.11.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İdeal Kredit" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001019978

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

Kupon faizi

14%

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir

Tədavül müddəti

5 il

Hərrac qiyməti*

100 manat

Reallaşdırılmış həcm

1,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

1,000,000 manat

İnvestor sayı

51

Sifariş sayı

51

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC