3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitəcəkdir.
AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 9 yanvar 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "BİR KREDİT BOKT" MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002027731 |
İstiqrazın növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu / forması | Kütləvi / Abunə Yazılışı |
İstiqrazların sayı | 20,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 2,000,000 manat |
İllik gəlirlilik faizi | 11.5% |
Ödəmə periodu | İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir. |
Tədavül müddəti | 1 il |
Ticarətə buraxılma tarixi | 09.01.2026 |
Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |