6 iyun 2026 16:38 (GMT/UTC +04:00)
Bank "BTB" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
386
17:32
25 aprel 2025
386

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 29.04.2025-ci ildə başlayaraq, mayın 7-də yekunlaşacaqdır. 

Qeyd edək ki, 07.05.2025-ci il tarixində yerləşdirmənin başlama tarixi, 12.05.2025-ci il tarixində yerləşdirmənin başa çatma tarixi müəyyən edilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

Bank "BTB" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2005009447

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

3,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

3,000,0000 manat

İllik gəlirlilik faizi

14%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

07.05.2025 - 12.05.2024

Anderrayter

“Assist Finance İ.Ş.” ASC