3 fevral 2026 18:09 (GMT/UTC +04:00)
Bakı Fond Birjasında ABB səhmlərinin dəyəri artıb
1113
12:50
11 mart 2025
1113

Bakı Fond Birjasında ABB səhmləri son bir ayda artım göstərərək 30 qəpik satış qiymətinə çatıb. Nəticə etibarilə, ABB səhmləri 2025-ci ilin əvvəlindən nominal qiymətindən 11% baha ticarət edilib.

ABB səhmlərinin qiymət artımına dividend ödənişlərinin yaxınlaşması kimi amil səbəb ola bilər. Məlumat üçün bildiririk ki, ABB səhmlərinin keçən il dividend ödənişi 15.1% faiz təşkil edib.

ABB səhmlərinin ticarət dinamikasını BFB-nin saytında Bazara Baxış səhifəsindən izləyə bilərsiniz - https://www.bfb.az/bazara-baxis