3 fevral 2026 19:39 (GMT/UTC +04:00)
Bakı Fond Birjası və Pakistan Fond Birjasının birgə təşəbbüsü ilə kapital bazarları iştirakçıları üçün təcrübə mübadiləsinə əsaslanan onlayn sessiya təşkil olunub
478
17:28
23 iyun 2025
478

23 iyun 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjasının (PSX) birgə təşəbbüsü ilə kapital bazarları iştirakçıları üçün təcrübə mübadiləsinə əsaslanan onlayn sessiya təşkil olunub. Sessiya, Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış Memorandumun davamı olaraq həyata keçirilib və hər iki ölkənin kapital bazarları arasında əlaqələrin inkişafına töhfə verməyi hədəfləyib.

Pakistan Fond Birjası (PSX) və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə təşkil olunan sessiyada hər iki ölkədən brokerlərfond menecerləri iştirak edərək, Azərbaycan və Pakistan arasında investisiyabiznes imkanlarının genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparıblar. Müzakirə zamanı investisiya fondlarının fəaliyyəti, kapital bazarlarının ekosistemi və qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında ətraflı danışıqlar aparılıb.

Sessiya zamanı ölkənin iqtisadi göstəriciləri, bazar strukturu, investisiya alətləri ətrafında geniş məlumat təqdim olundu, Azərbaycan və Pakistan birjalarının rəhbərləri tərəfindən kapital bazarlarında əməkdaşlığın əhəmiyyəti və strateji önəmi vurğulandı. Əməkdaşlığın əsas istiqamətlərinə “Dual listinq”, birgə maliyyə məhsullarının hazırlanması, bazar əməliyyatları və qaydaları haqqında təcrübələrin mübadiləsi daxildir. 

Hər iki fond birjasının ilkin razılığı əsasında qərara alınıb ki, investisiya fondlarının inkişafına töhfə vermək məqsədilə növbəti sessiyada hər iki ölkənin müvafiq assosiasiyalarının iştirakı təmin olunsun və bu istiqamətdə əməkdaşlıq davam etdirilsin.