12 oktyabr 2026 16:50 (GMT/UTC +04:00)
Bakı Fond Birjası UNEC-də keçirilən “XVI Karyera Yarmarkası”nda iştirak edib
356
11:40
8 may 2025
356

7 may 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunmuş “XVI Karyera Yarmarkası”nda iştirak edib.

Tədbir zamanı Bakı Fond Birjasının həmkarları UNEC tələbələrini BFB-nın ümumi fəaliyyəti haqqında, eləcədə karyera imkanları və təcrübə proqramları haqqında ətraflı məlumatlandırıblar. 

Universitetin Karyera Mərkəzinin təşəbbüsü ilə keçirilən “Karyera Yarmarkası”nın məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.