6 iyun 2026 13:36 (GMT/UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
239
14:49
18 fevral 2025
239

19 və 20 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Notun müddəti(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

AZ2401024701

19.02.2025

2.000.000

100.000

20

19.03.2025

84

AZ2402024700

20.02.2025

2.000.000

100.000

20

15.05.2025

168

AZ2403024709

19.02.2025

2.000.000

100.000

20

06.08.2025

252

AZ2404024708

20.02.2025

2.000.000

100.000

20

30.10.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.