6 avqust 2026 22:30 (GMT/UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi haqqında məlumat
249
14:36
8 yanvar 2025
249

8 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2381024705 dövlət qeydiyyat nömrəli 2,000,000 manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.