18 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu | AZ2102008680 |
Emissiya həcmi | 30 000 000 manat |
Nominal qiyməti | 1 000 manat |
Hərrac qiyməti | 1 007,9167 manat |
İstiqrazların tədavül müddəti | 7920 gün |
Faiz dərəcəsi | 3.00% |
Faiz gəlirinin ödəniş müddəti | 180 gündən bir (6 aydan bir) |
Anderrayter | “Unicapital İ.Ş” ASC |