15 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu | AZ2107008685 |
Emissiya həcmi | 50,000,000 manat |
Nominal qiyməti | 1,000.00 manat |
Hərrac qiyməti | 1,000.00 manat |
İstiqrazların tədavül müddəti | 7200 gün |
Faiz dərəcəsi | 3.25% |
Faiz gəlirinin ödəniş müddəti | 180 gündən bir (6 aydan bir) |
Anderrayter | “İnvest-Az İ.Ş” QSC |