3 fevral 2026 21:13 (GMT/UTC +04:00)
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yerləşdirilmiş istiqrazların geri çağırılması haqqında məlumat
721
12:41
13 fevral 2025
721

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən daxili maliyyə bazarında Bakı Fond Birjası vasitəsilə yerləşdirilmiş istiqrazların 2025-ci il 25 fevral tarixində Emitent tərəfindən geri çağırılması nəzərdə tutulur. 

Aşağıda qeyd olunmuş siyahıda göstərilən İSİN kodlu istiqrazların qanunvericiliyə və buraxılış şərtlərinə müvafiq olaraq hərrac üsulu ilə geri çağırılması həyata keçiriləcəkdir.

Geri çağırılması nəzərdə tutulan istiqrazlar:

Buraxılış tarixi

İSİN kod

Kupon

Yerləşdirilmiş məbləğ (manat)

15.08.2023

AZ0201040208

6.00

120,000,000

19.09.2023

AZ0201040240

6.00

135,000,000

17.10.2023

AZ0201040265

6.00

135,000,000

19.12.2023

AZ0201040323

5.75

100,672,700

Cəmi

490,672,700 manat