6 iyun 2026 08:28 (GMT/UTC +04:00)
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi barədə məlumat
276
17:32
3 oktyabr 2025
276

6 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun ümumi məbləği 50 mln. manat olan AZ2103008689 dövlət qeydiyyat nömrəli sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi emitentin müraciətinə əsasən təxirə salınmışdır.

Qeyd olunan istiqrazların yerləşdirilməsinin tarixi Bakı Fond Birjası tərəfindən ictimaiyyətə açıqlanacaqdır.