10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitmişdir.
AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "AFB BANK" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001008591 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə Yazılışı |
İstiqrazların sayı | 50,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
İllik gəlirlilik faizi | 13% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir |
Tədavül müddəti | 2 il |
Minimal qiymət | 100.00 (13.0%) manat |
Maksimal qiymət | 100.00 (13.0%) manat |
Kəsmə qiymət | 100.00 (13.0%) manat |
Ortaçəkili qiymət | 100.00 (13.0%) manat |
Reallaşdırılmış həcm | 5,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 5,000,000 manat |
İnvestor sayı | 80 |
Sifariş sayı | 80 |
Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |